Onlayn ictimai-siyasi qəzet
Türkiyəyə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasından dərhal sonra Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmi hesabında yayımlanan şəkil böyük qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, paylaşımda hərbi təyyarələrin fotosu yer alıb və altına sadəcə “Günün fotosu” qeydi yazılıb.
Hadisə Türkiyə ictimaiyyətində sərt reaksiya doğurub. Qısa müddət sonra Yunan HHQ həmin paylaşımı silib və səhifədə rəsmi başsağlığı mesajı yerləşdirilib.
Məsələ bununla bitməyib: Ankara Yunanıstan tərəfinə rəsmi nota göndərərək baş verəni qınayıb və bunu qəbuledilməz addım adlandırıb.
Musavat.com
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ