İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşıllıqların məhvinə görə ağır cəzalar

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, layihəyə əsasən, Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Komitə sədri Tahir Rzayev layihə barədə məlumat verib.

Qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3000 manat miqdarında, hüquqi şəxslər 5000 manat miqdarında cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR