İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarımstansiyada QƏZA - 15 mindən çox əhali işıqsız qaldı

Zaqatalada yarımstansiyada qəza olub.

Gecə saatlarında Tala çayının sağ sahilində yerləşən "Tala" elektrik yarımstansiyasında qəza baş verib. Baş vermiş qəza səbəbindən rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinə elektrik enerjisinin verilməsi dayanıb, 15 mindən çox əhali elektrik enerjisiz qalıb.

Hazırda Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları kəndlərə alternativ yolla elektrik enerjisinin verilməsi istiqamətində işlər aparır.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR