Onlayn ictimai-siyasi qəzet
Tver vilayətində hava hücumundan müdafiə (HHM) qüvvələri PUA hücumunun qarşısını alarkən vurulan dronların qalıqları "Wildberries"in logistika kompleksinə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə regionun rəhbəri Vitali Korolyov məlumat yayıb.
Qubernatorun sözlərinə görə, Pilotsuz Uçuş Aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində "Wildberries" logistika mərkəzinin fasadına cüzi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Rəsmi açıqlamada həmçinin qeyd olunur ki, Kalinin dairəsində düşən dron qalıqları bağçılıq təsərrüfatındakı bir neçə təsərrüfat tikililərini də zədələyib. Sakinlər arasında xəsarət alan yoxdur.
@@TVmusavat/152371@@
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ