İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlara tibbi sığorta ilə bağlı ŞAD XƏBƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb.

Musavat.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”ində çıxışı zamanı deyib.

O əlavə edib ki, dərman vasitələrinin təminat prosesi sistemli və şəffaf qaydada həyata keçiriləcək.

WhatsApp Image 2025-12-08 at 11.36.27.jpeg (280 KB)

Vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşıb müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək. Həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda “E-Resept” sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq.

Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR