Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İrana qarşı mümkün hərbi zərbə ssenarisi çərçivəsində bölgədəki hərbi-dəniz qüvvələrinin yenilənmiş dislokasiyası açıqlanıb.
Musavat.com xəbər verir ki, siyahıda bir aviadaşıyıcı və yeddi esmines yer alır.
Məlumata görə, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus bu gəmilərin əksəriyyəti İrandan təxminən yeddi yüz kilometr radiusunda yerləşir. Bu məsafə İranın “Zolfaghar” tipli orta mənzilli ballistik raketlərinin çatma imkanları ilə üst-üstə düşür.
Dislokasiyada yer alan aviadaşıyıcı USS Abraham Lincoln və onu müşayiət edən esmineslər regionda artan hərbi-siyasi gərginlik fonunda Vaşinqtonun təzyiq və çəkindirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Eyni zamanda, bu yerləşmə ABŞ donanmasını İranın raket imkanları baxımından birbaşa risk zonasına salır.
Musavat.com

04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ