İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Avropa ilə sərhəd şəhərləri köçürülə bilər - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son kütləvi raket zərbələrindən sonra Ukraynanın qərb bölgələrində də enerji böhranı yaşanır.

Məlumata görə, qışda Ukraynanın Avropa ilə sərhəd şəhərlərində əhalinin təxliyə olunacağı ehtimal edilir.

“İvano-Frankovskun meri bəyanat verib ki, şəhər sakinləri qışda şəhəri tərk edə bilərlər”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Ukraynanın cənub bölgəsində isə su böhranı davam edir. Cənub vilayətlərinin rəhbərliyi yaxın həftələrdə problemi aradan qaldırmağa söz verib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR