İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada korrupsiya QALMAQALI: Nazir vəzifəsindən uzaqlaşdırıldı

Ukrayna hökuməti “Energoatom”la bağlı korrupsiya qalmaqalı ilə əlaqədar Qerman Qaluşenkonu ədliyyə naziri vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Yuliya Sviridenko "Telegram" kanalında məlumat verib.

Baş nazirin sözlərinə görə, qərar hökumətin növbədənkənar iclasında qəbul edilib. Avropaya inteqrasiya üzrə nazir müavini Lyudmila Suqak nazirin səlahiyyətlərini icra edəcək.

Qaluşenko özü də hökumətin qərarını dəstəklədiyini və vəzifəsində qalmaq niyyətində olmadığını təsdiqləyib.

O, "Facebook"da yazıb: "İstintaq müddətinə qədər vəzifəmdən kənarlaşdırma mədəni və uyğun bir addımdır. Mən nüfuzumu müdafiə etməyə və mövqeyimi hüquqi çərçivədə sübut etməyə hazıram".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR