Onlayn ictimai-siyasi qəzet
Qətər, Misir və Türkiyə İsrailin Qəzza zolağında atəşkəs sazişini pozmasını pisləyən birgə bəyanat qəbul ediblər.
Musavat.com xəbər verir ki, bəyanatı “Əl-Cəzirə” telekanalı yayıb:
"Bu pozuntular gərginliyin azalmasını təhdid edir və Qəzza zolağında mülki əhalinin əzablarını daha da artırır. Vasitəçilər mülki şəxslərin, tibb müəssisələrinin və humanitar işçilərin tam qorunması, eləcə də Qəzza zolağı boyunca humanitar yardım və tibbi ləvazimatların maneəsiz çatdırılması çağırışlarını təkrarlayırlar".
Bəyanatda qeyd olunur ki, İsrailin hərəkətləri Fələstin anklavında atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi səylərini sarsıdır.
Qətər, Misir və Türkiyə beynəlxalq ictimaiyyəti İsrailə beynəlxalq hüquqa və atəşkəsə riayət etmək üçün "lazımi təzyiq" göstərməyə çağırıblar.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ