İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Rəisinin helikopterinin axtarışı ilə bağlı AÇIQLAMA

Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarışları və Tehranın son açıqlamaları ilə bağlı sualları cavablandırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

“Türkiyə çətin günlərində İranın köməyinə gəldi, mehriban qonşuluq və dostluq tələblərini yerinə yetirdi. Həmin gün baş verənləri nazirimiz saatbasaat açıqladı. Hər kəs axtarış səylərini sosial mediada canlı izlədi.

Burada bizim üçün fəxr etməli olduğumuz üç vacib məqam var:

- Fövqəladə hallarda dövlət qurumlarımızın əlaqələndirilmiş və çevik reaksiya verməsi,

- Xüsusilə PUA texnologiyasında yerli və milli müdafiə sənayemizin çatdığı nöqtə və bu yolda qazandığımız bacarıq və imkanlar,

- Yerli və milli müdafiə sənayemiz sayəsində qazanılan bu imkan və texnologiyadan Türkiyə Silahlı Qüvvələrinin və onun təlim keçmiş personalının istifadə etmək bacarığı”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR