İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə klubu azərbaycanlı futbolçu ilə razılaşıb

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Məlumata görə, qardaş ölkənin TFF I Liqasında çıxış edən "Amedspor" hücumçu ilə yaxından maraqlanır.

Bildirilir ki, Diyarbakır təmsilçisi artıq həmyerlimizlə şifahi razılığa gəlib. Onun transferi rəsmi olaraq yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"un heyətində keçirib. Futbolçunun transfer hüquqları İsveçrə "Qrasshopper"inə məxsusdur.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR