İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə F-16 ilə PUA-nı VURDU - Rusiya və Ukraynaya ciddi XƏBƏRDARLIQ ETDİ

Türkiyənin Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) hadisəsindən sonra Rusiya və Ukraynanı Qara dənizdə təhlükəsizlik məsələlərində daha diqqətli olmağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir: "Ukrayna ilə Rusiya arasında davam edən müharibə səbəbindən həmkarlarımıza Qara dənizdə təhlükəsizliyə mənfi təsir göstərə biləcək hadisələrlə bağlı daha ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib".

Xatırladaq ki, dekabrın 15-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ölkənin hava məkanına yaxınlaşan PUA-nı Qara dəniz üzərində vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR