İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan gözlənilməz açıqlama: Venesuelaya getmək istəyir və neftlə bağlı iddia irəli sürür

ABŞ Prezidenti Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istədiyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri Trampın açıqlamalarına istinadən məlumat yayıb.

ABŞ Prezidenti bildirib ki, zamanla Venesuelaya səfər etməyin təhlükəsiz olacağına inanır. Onun sözlərinə görə, bu ölkə gələcəkdə beynəlxalq səfərlər üçün açıq və təhlükəsiz məkana çevriləcək.

Tramp eyni zamanda Venesuelanın enerji ehtiyatları ilə bağlı diqqətçəkən fikir səsləndirib:
“Birləşmiş Ştatlar uzun illər ərzində Venesuelada neftin hasilatı və nəzarəti ilə məşğul olmağı planlaşdırır. Bu, ölkə üzərində davamlı nəzarət çərçivəsində həyata keçiriləcək”, – deyə Tramp vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR