İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp üçün arzuolunmaz NƏTİCƏ - 56 faiz...

Amerikalıların yarıdan çoxu Trampın ikinci müddətinin birinci ilindəki fəaliyyətini bəyənmir.

Musavat.com xəbər verir ki, bu nəticə "The Economist" və "YouGov" jurnallarının araşdırmasında qeydə alınıb. Respondentlərin 39 faizi Trampın fəaliyyətini bəyənir, 56 faizi isə bəyənmir.

Trampın siyasətinin bəyənilməsi 18-29 yaş arası insanlar arasında ən aşağı səviyyədədir, burada yalnız 29 faiz razıdır, bəyənməyənlər isə 66 faizdir.

Hazırkı ABŞ prezidenti 65 yaşdan yuxarı insanlar arasında ən yüksək dəstəyə malikdir və bəyənmə reytinqi 45 faiz təşkil edir. Lakin hətta bu qrup daxilində belə, bəyənməmə nisbəti daha yüksəkdir və 54 faiz təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR