Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp neftin barelinin 200 dollar olmasını məqbul adlandırıb və sülhə yeganə təhdidin nüvə silahları olduğunu bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, jurnalistin neftin barelinin 200 dollara qalxması halında nə baş verəcəyi ilə bağlı sualına cavab verib.
“Bu, qorxulu deyil, yanacaq sadəcə bir az bahalaşacaq. Şəhərləri məhv edən nüvə silahlarından daha pis bir şey yoxdur", - deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin ABŞ-ın İrana qarşı nüvə silahlarından istifadə etməsi fikrini də rədd edib.
“Xeyr. Xeyr, mən istifadə etməzdim. Bu, bizə lazım deyil. Nəyimizə lazımdır? Belə axmaq bir sual verməyə nə ehtiyac var? Biz onları ən adi vasitələrdən istifadə edərək, nüvəsiz də darmadağın etdiyimiz halda, ondan niyə istifadə edim? Xeyr, mən onlardan istifadə etməzdim. Heç kimin nüvə silahlarından istifadə etməsinə icazə vermək olmaz", - deyə ABŞ prezidenti vurğulayıb.
Bundan əvvəl Britaniyanın "Mirror" tabloid qəzeti Trampın atom bombasından istifadə etməyi düşündüyünü bildirmişdi.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ