İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kremli BOMBALASA... – Nüvə dövlətinə HÜCUM riski

 

Ağ Evə qayıtdıqdan sonra Donald Tramp xarici siyasətdə əvvəlkindən daha sərt və təhlükəli görünür. ABŞ Prezidentinin nümayiş etdirməyə çalışdığı sülhməramlı obrazı ilə Vaşinqtonun İrandan Venesuelaya qədər bir neçə ölkəyə hərbi müdaxiləsi kəskin ziddiyyət təşkil edir. Bu mövzuyla bağlı “Axios” nəşrində dərc edilən yazıda deyildiyi kimi, son Amerika prezidentlərindən heç biri ABŞ-nin 47-ci Prezidenti Donald Tramp qədər çoxlu sayda ölkələrə hərbi zərbə endirməyi əmr etməyib. Ancaq indi əsas gözləntilərdən biri Ukrayna müharibəsini başa çatdırmaqdır. Tramp bir sutkaya atəşkəsə nail olacağını demişdi və bu vədindən 1 il keçir, hərbi əməliyyatlar davam edir.

Tramp ABŞ-nin qüdrətini hamıya nümayiş etdirə bilirsə, Ukrayna üçün niyə bunu etmir? Putini də vurmaq tapşırığı verə bilərmi, yoxsa Rusiya nüvə dövlətidir deyə risk etməz?

Niyaməddin Orduxanlı Baş katib oldu

ƏHD partiyasının baş katibi Niyaməddin Orduxanlı Musavat.com-a deyib ki, birincisi, Rusiya dünyanın ən çox nüvə başlığına, təxminən 6000 nüvə başlığına sahib olan ölkəsidir: “Nüvə müharibəsi dünyanın sonunu gətirə biləcək bir hadisə ilə nəticələnə bilər. İkincisi də, kim bunu iddia edir ki, Tramp Rusiyaya nüvə zərbəsi vura bilər? Bu, gülməli və heç bir əsası olmayan iddiadır. Ona görə yox ki, Trampın buna cəsarəti çatmaz. Bəllidir ki, Trampın Putinə böyük sayğısı var. Tramp ikinci dəfə prezident seçiləndən sonra Putini Amerikada hansı səviyyədə qarşıladı? 35 min Ukraynada itən azyaşlı uşağı Rusiyaya keçirməkdə ittiham olunan və buna görə beynəlxalq axtarışa verilən Putinin Alyaskada ayaqları altına qırmızı xalça saldıran Tramp deyildi?! Göründüyü kimi, Tramp Putinə görə Avropa ölkələrinin liderlərini ələ salmadı? Ukrayna prezidenti Zelenskiyə nələr demədi? Bütün bunlar məhz Putinə görə olunanlardır. Bəli, bu gün Tramp bütün gücü ilə çalışır ki, Rusiya-Ukrayna müharibəsi bitsin. Çünki bu əsasən Putinə lazımdır. Tramp Ukraynanı məcbur edir ki, Putinin şərtlərini qəbul etməlisiniz və birmənalı şəkildə Ukraynanı güzəştə məcbur edirlər. Trampdan öncə olan prezidentlərin dövrünə nəzər yetirsək, Amerikanın başqa ölkələrin ərazilərinə hərbi müdaxilələri baş verib. Kiçik Corc Buş İraqı hərbi müdaxilə ilə işğal edib. Bir neçə nümunə var. Əsas müharibəni başlamaq deyil. Əsas olan müharibəni başlayıb qısa müddətdə sona çatdırmaqdır. Amerikanın sonda Əfqanıstanı necə biabırçı tərk etdiyini gördük. Öz adamlarını belə ABŞ taleyin və talibançıların ümidinə buraxıb Əfqanıstanı tərk etdi. Yaxudda heç kimi proqnozlaşdırmırdı ki, Rusiya-Ukrayna müharibəsi 4 il davam edə bilər. 2 milyondan artıq insan həyatını itirə bilər. Hətta Putinin generalları belə Putini inandırmışdı ki, bir neçə günə Ukraynanı tam işğal edəcəyik. Digər tərəfdən indi Trampın ardıcıl olaraq Venesueladan sonra İrana hərbi müdaxiləsi baş verir. Bütün bunları Tramp həm də noyabrda Amerikada keçiriləcək aralıq seçkiləri üçün də edə bilər, həmçinin reytinqi yüksəltmək və yenidən seçkini qazanmaq üçün. Onu da deyim ki, son aylarda Trampın keçirilən sorğularında reytinqi aşağı düşüb”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR