Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp NATO sammitinin keçirildiyi Ankaranı Ağ Evin elan etdiyi kimi, köhnə təyyarəsində deyil, gizli şəkildə hərbi nəqliyyat təyyarəsi ilə tərk edib.
Musavat.com xəbər verir ki, bu sensasion məlumatla "The Washington Post" (WP) qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, "keçən ay İranın sui-qəsd təhdidi səbəbindən Prezident Donald Tramp təcili olaraq Türkiyədən hərbi təyyarə ilə çıxarılıb, baxmayaraq ki, Ağ Ev onun Air Force One təyyarəsində uçduğunu iddia edib".
Nəşr vurğulayır ki, "əvvəllər xəbər verilməyən bu gizli əməliyyat jurnalistlərin və Ağ Evin bəzi işçilərinin xəbəri olmadan həyata keçirilib". Onlar "prezidentlə eyni təyyarədə uçduqlarına inanırdılar".
Ankarada keçirilən NATO sammitindən sonra keçirilən mətbuat konfransında Tramp Türkiyədən Qətər kral ailəsinin hədiyyə etdiyi yeni prezident təyyarəsi ilə qayıtmayacağını açıqlayıb, onu Avropada nümayiş etdirmək istədiyini elan edib.
Nəşrin məlumatına görə, Tramp Ankarada köhnə prezident təyyarəsinə minib və bu, jurnalistlər tərəfindən görüntülənib və videoya çəkilib. Lakin mənbələrə görə, "bir neçə dəqiqə sonra o, gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinin daha kiçik təyyarəsinə - C-32A hərbi nəqliyyat təyyarəsinə köçürülüb".
Məlumata görə, Tramp adətən təyyarələrə ərzaq tədarükü üçün istifadə edilən kiçik bir yük maşınında daşınıb.
ABŞ rəsmisi qəzetə potensial hücumçulara qarşı "aldatma əməliyyatının" "Tramp üçün İranla əlaqəli etibarlı bir təhdid səbəbindən" həyata keçirildiyini vurğulayıb. Materialda qeyd olunur ki, "ABŞ hökuməti onilliklərdir İranla bağlı narahatlıq keçirir" və "buraya Tramp da daxildir."
Məqalədə Ağ Evin Kommunikasiya Direktoru Stiven Çunun açıqlamasına istinad edilir. O, məqalədə yer alan məlumatlara münasibət bildirməyib, lakin qeyd edib: "Prezidentin bu yaxınlarda qeyd etdiyi kimi, Amerikanın onu hədəf alan bir çox düşməni var və biz bu təhdidlərə qarşı durmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edirik".
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ