İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə atışma: yaralılar var - VİDEO

Musavat.com xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə atışma hadisəsi baş verib.

Hadisə nəticəsində üç gənc yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin yüngül olduğu, bir nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hazırda hadisə yerində polis əməkdaşları və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları insidentin səbəblərini araşdırır.

Qeyd olunur ki, bundan təxminən 3 saat əvvəl Gürcüstanın Batumi şəhərində də atışma baş verib. Hadisələr arasında əlaqənin olub-olmadığı hələlik məlum deyil. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR