İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda vəziyyət partlayış həddində: minlərlə insan küçələrə axışdı, ölənlərin sayı gizlədilir-VİDEO

İranda paytaxt Tehran şəhərində etiraz aksiyaları səngimir. Axşam saatlarında minlərlə insan yenidən küçə və meydanlara çıxıb. Sosial şəbəkələrdə yayılan görüntülər paytaxtda gərginliyin daha da artdığını göstərir.

Musavat.com xəbər verir ki, etirazlar hələ dekabrın sonlarından başlayıb. Aksiyaların əsas səbəbi kimi inflyasiyanın kəskin artması və iqtisadi vəziyyətin ağırlaşması göstərilir. İran rəsmiləri iğtişaşlar zamanı 6 nəfərin öldüyünü açıqlasa da, ABŞ-da yerləşən müstəqil fəallar ölənlərin sayının azı 36 nəfər olduğunu bildirirlər.

İranın Təhlükəsizlik Şurası baş verənlərə görə məsuliyyəti birbaşa xarici qüvvələrin üzərinə atıb. Rəsmi Tehranın mövqeyinə görə, aksiyaların arxasında İsrail və ABŞ dayanır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR