İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Paşinyan səssizliyi pozdu: HƏRƏKƏTƏ KEÇDİ - ŞOK

Ermənistanın baş nazir Nikol Paşinyanın korteji etirazçıların toplaşdığı Opera binasına gəlib.

Musavat.comSputnik-Armenia”ya istinadən xəbər verir ki, binada saat 17.00-da Avropa Yenidənqurma və İnkişaf Bankının beynəlxalq forumunun işə başlaması planlaşdırılır.

@@TVmusavat/85673@@

Məlumata görə, İrəvan Opera binası polislər tərəfindən mühasirəyə alınıb.

Etirazçıların əlində Bakıda həbsdə olan keçmiş separatçı rejimin “rəhbərləri”nin fotoları olan plakatlar da var. Polis etirazçıların həbsinə başlayıb. 

Qeyd edək ki, Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb. Binəqədi Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR