İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ATƏT sədri erməniləri MƏYUS ETDİ

Qarabağdan çıxan bir qrup erməni İrəvanda olan ATƏT-in sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borqa məktub təqdim ediblər.

Musavat.com xəbər verir ki, həmin məktub Borqa bu gün keçirilən mətbuat konfransında təqdim olunub.

Oxşar məktub xarici işlər naziri Ararat Mirzoyana da göndərilib.

Mesajı çatdıran bir jurnalist Qarabağ ermənilərinin geri qayıtmaq istədiyini bildirib.

“ATƏT Qarabağ məsələsini bağladı? ATƏT geri dönüşü necə təsəvvür edir?”, - deyə həmin jurnalist sual verib.

ATƏT-in fəaliyyətdə olan sədrinin cavabı erməniləri məyus edib. Onun sözlərinə görə, ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və iki ölkənin mövqeyinə hörmətlə yanaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR