İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış pediatr “duz paltarı”ndan DANIŞDI

“Dəniz suyunun müalicəvi xüsusiyyətləri, suyun kimyəvi tərkibi qanın və insan orqanizminin hüceyrələrarası mayesinin tərkibinə yaxındır. Natrium, xlor, maqnezium, kalium, brom, yod ionları bədənə nüfuz edərək bütün sistemlərin işinə müsbət təsir göstərir”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Pediatrın sözlərinə görə, dənizdə üzdükdən sonra bədəndə sinir uclarına uzun müddət təsir edən və sakitləşdirici təsir göstərən “duz paltarı” əmələ gəlir:

“Əgər uşağın dərisini dəniz suyu qıcıqlandırmırsa, duzu yumağa tələsməyin. Bunların təsiri əslində dənizdən çıxdıqdan sonra təxminən 20-30 dəqiqə davam edir. Digər tərəfdən, bədən hüceyrələri üzgüçülük zamanı toksinlər buraxır. Bu da qısa zamandan sonra yaxşı şəkildə yuyunmanı tələb edir. Dəridə xoralar və yaralar varsa, dəniz duzu onları daha da zədələyə bilər, dəri xəstəliyinə - dermatoza səbəb ola bilər”.

N.Hüseynova sonda valideynlərə övladlarını sudan çıxandan 20-30 dəqiqə sonra yaxşıca yuyundurmağı tövsiyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR