Onlayn ictimai-siyasi qəzet
Tabqa şəhəri işğaldan azad edildikdən sonra ərazidə terror təşkilatlarının izlərinin silinməsi prosesi başlanıb.
Musavat.com xəbər verir ki, Suriya ordusunun nəzarəti bərpa etməsindən dərhal sonra terror təşkilatı YPG-yə məxsus heykəl şəhər mərkəzində sökülərək tamamilə dağıdılıb.
Məlumata görə, YPG tərəfindən ideoloji rəmz kimi ucaldılan heykəl xüsusi texnika vasitəsilə yerindən çıxarılaraq məhv edilib. Bu addım Suriya hakimiyyətinin terror təşkilatlarının simvollarına qarşı sıfır tolerantlıq siyasətinin açıq nümayişi kimi qiymətləndirilir.
Hərbi mənbələr bildirir ki, Tabqa şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib, eyni zamanda terrorçu qruplaşmaların nəzarəti dövründə yaradılmış bütün rəmzlərin və qurğuların ləğvi davam etdiriləcək.
Qeyd olunur ki, Suriya ordusu ölkənin şimal və şimal-şərq bölgələrində dövlət suverenliyinin tam bərpası istiqamətində əməliyyatlarını ardıcıl şəkildə davam etdirir.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ