İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya ordusu hərəkətə keçdi- Bu ərazi kürd qruplaşmalarından azad olundu

Suriya ordusu Şeyx Maksud bölgəsində YPG terror təşkilatına qarşı əməliyyatın tamamilə başa çatdığını elan edib.

Musavat.com-un məlumatına görə bildirilir ki, şəhərin sonuncu həmin qrup tərəfindən idarə olunan hissəsi də azad edilib və Ələpponun tam nəzarəti bərpa olunub.

Rəsmi açıqlamada sakinlərdən evdə qalmaq və ehtiyac yarandıqda hərbi bölmələrlə əlaqə saxlamaq tövsiyə edilib. Bunun səbəbi olaraq hələ də silahlı şəxslərin mülki əhali arasında gizlənməsi göstərilir.

Hadisə Suriya və regional təhlükəsizlik mühitində əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir və əməliyyatın tam başa çatması ölkədə kontrol və sabitliyin bərpası mesajını verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR