Onlayn ictimai-siyasi qəzet
Türkiyə Superliqasına vəsiqə qazanan "Çorum" klubu transfer bazarında diqqətini Azərbaycana yönəldib.
"Çorum" klubu "Qarabağ"ın aparıcı yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatmaq niyyətindədir.
Məlumata görə, artıq 30 yaşlı monteneqrolu futbolçu ilə ilkin danışıqlara start verilib. Bildirilir ki, təcrübəli oyunçu yeni mövsümdə "Çorum"un orta xəttini gücləndirmək üçün müəyyənləşdirdiyi əsas transfer hədəfləri sırasında yer alır.
Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən etibarən Ağdam təmsilçisinin uğurları üçün forma geyinir. (Oxu.Az)

20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ