İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya vaqnerçiləri Tehrana gətirdi – Nə baş verir?

Rusiyaya məxsus və Vaqner Qrupu ilə əlaqələndirilən təyyarənin İranın paytaxtı Tehrana daxil olduğu bildirilir.

Musavat.com xəbər verir ki, məlumata görə, söhbət daha əvvəl Vaqnerin öldürülmüş rəhbəri Yevgeni Prigojinin istifadə etdiyi Rusiya istehsalı BAe 125-800B tipli reaktiv təyyarədən gedir.

Qeyd olunur ki, qeydiyyat nömrəsi RA-02731 olan hava gəmisi Tehran hava limanlarından birinə eniş edib. Təyyarənin Tehrana hansı məqsədlə gəldiyi, göyərtəsində kimlərin olduğu və səfərin rəsmi statusu barədə hələlik açıqlama verilməyib.

Məlumat hərbi-siyasi dairələrdə diqqət çəkib və regionda baş verən proseslər fonunda müxtəlif ehtimallar irəli sürülür. Rəsmi qurumlar isə məsələ ilə bağlı hələlik hər hansı şərh yaymayıb.

2026-02-01 02.59.06.jpg (133 KB)

Toğrul İsmayıl,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR