Onlayn ictimai-siyasi qəzet
Süni intellekt vasitəsilə hazırlanmış saxta videolar üzərindən həyata keçirilən dələduzluq iddiaları gündəmə gəlib.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, bildirilir ki, bəzi şəxslər süni intellektdən istifadə edərək saxta videolar hazırlayır və həmin videoları öz sosial media profillərində paylaşırlar.
Paylaşılan məzmunlarda dələduzların əsasən 50 yaşdan yuxarı kişiləri hədəf aldığı irəli sürülür. İddialara əsasən, saxta videolar vasitəsilə qarşı tərəfin etimadı qazanılır, emosiyaları manipulyasiya edilir və bu yolla pul istənilir.
Sosial media istifadəçilərinin paylaşımlarına görə, dələduzlar “təcili ehtiyac”, “yardım” və oxşar bəhanələrlə hədəf seçdikləri şəxslərdən yüksək məbləğdə pul tələb edirlər. Bu üsulla çox sayda insanın zərər çəkdiyi iddia olunur.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ