İnsanlara hürriyət, millətlərə istiqlal!

Sibirdəki türklər hayqırdı: Rusiya bizi ölümə göndərir

Rusiyada yaşayan azsaylı yerli xalqların nümayəndələri müharibənin onların gələcəyini təhlükə altına saldığını bildirirlər.

Musavat.com xəbər verir ki, Yakutiyada yerli və azsaylı xalqların hüquqları üzrə müvəkkil Konstantin Robbek Sibirin və Uzaq Şimalın kiçik xalqlarından müharibəyə göndərilənlərin sayının dəqiq qeydə alınmadığını bildirib.

Məlumata görə, söhbət sayları onsuz da az olan yerli xalqlardan gedir. Onların arasında on minlərlə nümayəndəsi olan xalqlarla yanaşı, cəmi yüz nəfərə yaxın üzvü qalan etnik qruplar da var.

İctimai təşkilatlar bu xalqlardan səfərbər edilən və cəbhəyə göndərilən insanların sayını öyrənməyə çalışsalar da, tam məlumat əldə edə bilməyiblər.

Bildirilir ki, sayları çox az olan xalqlar üçün hətta məhdud insan itkisi belə onların gələcək mövcudluğu baxımından ciddi nəticələr yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR