Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadə vəfat edib.
Musavat.com -a bu barədə diktorun qızı Gültən Ramazanova məlumat verib.
Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunmuşdu.
Şahanə Rəhimli
Musavat.com
19 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ