İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirli Türkiyənin könlünə necə girdi: bir qardaşlıq hekayəsi

Xəbər verdiyimiz kimi,  Sərvər Bəşirli Türkiyədə "Vəfa ödülü"nə layiq görülüb. 

Musavat.com xəbər verir ki, mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü Sərvər Bəşirliyə təqdim edib. 

Qeyd edək ki, Sərvər Bəşirli 2023-cü ilin 6 fevralında çəkilmiş bir foto ilə məşhurlaşdı. Həmin tarixdə Türkiyəndə baş verən 7,7 bal gücündə dağıdıcı zəlzələ 10 vilayətdə böyük yıxıntıya səbəb oldu. Baş verən zəlzələ nəticəsində Türkiyədə 53 mindən çox insan həyatını itirdi, yüz mindən çox insan yaralandı. Türkiyədə 7 günlük milli matəm elan edildi. Dağıntılarda axtarışlar həftələrlə davam etdi. 

Bu zaman azərbaycanlılar da türkiyəli qardaşları üçün hərəkətə keçdi və yardım toplanmağa başlandı. 

Həmin vaxt elan olunan mərkəzə öz köhnə “jiquli”si ilə yardım aparan Sərvər Bəşirlinin çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm oldu. Əslən Laçından olan Sərvər Bəşirlinin bu yardımsevərliyi hər iki ölkə insanını göz yaşlarına boğdu. 

 

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR