İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüşvətxor hakim ifşa zamanı qaçarkən qəzaya düşüb

Qırğızıstanda Çuy vilayət məhkəməsinin hakimlərinin saxlanması zamanı qəribə hadisə baş verib.

Musavat.com vesti.kg saytına istinadən xəbər verir ki, şübhəlilərdən biri qaçmağa çalışarkən qəzaya düşüb.

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, hakimlər bəraət hökmü çıxarmaq üçün cinayət işi üzrə təqsirləndirilən şəxsdən 10 min dollar pul tələb ediblər. Təqsirləndirilən şəxs bundan imtina edib. Daha sonra katib hakimlərin göstərişi ilə ondan azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi üçün 6 min dollar tələb edib.

Baş Prokurorluq tərəfindən başlanmış cinayət işi çərçivəsində iyulun 2-də Çuy vilayət məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının hakimləri, habelə vasitəçi qismində çıxış etmiş məhkəmə iclasının katibi saxlanılıb.

Həbs zamanı hakimlərdən biri xidməti avtomobillə qaçmağa çalışıb və başına iş gəlib.

Məhkəmə qərarı əsasında 3 şübhəli şəxs nəzarətə götürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2024

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR