İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Valday ittihamları belə dağıldı

Yeni il bayramı boyunca Rusiya hərbçiləri 29 dekabr gecəsi Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) məhz Vladimir Putinin Valdaydakı prezident iqamətgahını hədəf aldığını “sübut etməyə” çalışıblar. Onlar guya PUA-ların uçuş trayektoriyasını göstərən xəritə təqdim edib, dron(lar)ın uçuşunu eşitdiyini deyən yeganə “şahidi” tapıb, bir PUA-nın qalıqlarını nümayiş etdiriblər. Ardınca CIA hücumun iqamətgaha deyil, hərbi obyektə edildiyini bildirib. Cavab olaraq isə Rusiya Müdafiə Nazirliyi ABŞ-nin Moskvadakı səfirliyinin hərbi attaşesinə “Ukrayna PUA-sının kontrollerini” ötürdüyünü açıqlayıb. Lakin Böyük Britaniyanın sabiq hərbi attaşesi Qərbdə bu cür “sübutların” ciddi qəbul edilmədiyini deyir.

Musavat.com xəbər verir ki, Qərb mediası Rusiyanın son hadisə ilə bağlı itrtihamlarının çürük olduğunu göstərib.

“Sübutlar”

  1. Xəritə. Rusiya MN ötən ilin dekabrın 31-də brifinq keçirərək PUA-ların uçuş trayektoriyasını göstərən xəritə nümayiş etdirdi. Xəritədən belə çıxırdı ki, hətta Bryansk vilayəti üzərində vurulan dronlar da iqamətgah istiqamətində uçurmuş. Moskvanın iddiasına görə, hücumda 91 PUA iştirak edib.
  2. Dron. Nazirlik Ukraynaya məxsus “Çaklun-V” tipli PUA-ya bənzədilən vurulmuş bir dronun görüntülərini də göstərib.
  3. “Şahidlər”. “Sübut” kimi təqdim edilən daha bir material “hücuma şahid” videosu olub. Əslində isə şahid ifadələrinin olmaması əvvəldən Rusiya versiyasının zəif tərəfi sayılıb.
  4. “Roşino qəsəbəsinin sakini” kimi təqdim olunan İqor Bolşakov “səhər səsə oyandığını”, səsin əvvəlcə yük maşınlarına, sonra “raket səsinə” bənzədiyini deyib. Sızdırılmış məlumatlara görə, İP İqor Bolşakov Valdayda (iqamətgahdan təxminən 5 km) qeydiyyatdadır, həmçinin Koroçko kəndində (8 km) evi var. “Agentstvo”nun araşdırması onun Roşino ilə əlaqəsini tapmayıb.
    – Əvəzində Roşinoda Putinin Valday iqamətgahına cavabdeh olan Prezident Təhlükəsizlik Xidmətinin “B” idarəsi qeydiyyatdadır.
  5. “Uçuş tapşırığı faylı”. 1 yanvarda İqor Kostyukov ABŞ səfirliyinin hərbi attaşe aparatının nümayəndələrinə “marşrutlaşdırma məlumatları deşifrə olunmuş materiallar və Ukrayna PUA-sının kontrollerini” təqdim etdiyini bildirib. O iddia edib ki, “deşifrə məqsədin prezident iqamətgahı kompleksinin olduğunu dəqiq təsdiqləyib”.

Nə düzgün deyil?

  1. Xəritə heç nə sübut etmir. Berlin Hertie School-da hərbi strategiya və texnologiyalar üzrə professor Mauro Gilli The Telegraph-ə deyib ki, xəritə vurulan dronların hara uçduğunu müəyyən etməyə imkan vermir.
  2. Yalnız bir PUA göstərilib. Gilli əlavə edir: “Əgər məhdud ərazidə səpələnmiş 50 PUA göstərilsəydi, bu, heç olmasa, inandırıcı olardı”.
  3. Uyğunsuz PUA. Fox News-ə Draganfly şirkətinin baş direktoru Kameron Çell bildirib: “Bu PUA yalnız infrastruktur obyektlərinə zərbə üçün yararlıdır və Putinin iqamətgahı kimi hədəfə hücumda son dərəcə səmərəsiz olardı”.
  4. Video və izlərin olmaması. Institute for the Study of War yazır ki, təqdim edilən “sübutlar” adətən belə zərbələrdən sonra yayılan hücum videolarının, yerli mənbə və KİV məlumatlarının, habelə zərər barədə xəbərlərin niyə olmadığını izah etmir.
  5. ABŞ hərbi attaşesinin çağırılması da inandırıcı deyil. Böyük Britaniyanın Moskvada və Kiyevdə sabiq hərbi attaşesi John Foreman bunu “GRU şousu” adlandırıb: “22 fevralda Moskvada mənimlə də eyni şeyi etmişdilər - guya Donbasdakı “Ukrayna hərbi cinayətləri’ üzrə “sübutlar” təqdim etmişdilər. Hətta Britaniya tabloidi məlumatlarını “sübut” kimi istifadə etmişdilər ki, guya britaniyalı hərbçilər Ukraynada yerləşdirilib”.

Trampın reaksiyası

MKİ belə nəticəyə gəlib ki, Ukrayna Putinin iqamətgahına deyil, eyni ərazidə yerləşən hərbi hədəfə zərbə endirib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR