İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın neft şirkətləri üzlərini Azərbaycana çeviriblər

Rusiyanın “Lukoyl”, “Novatek”, “Tatneft” və “Sibur” kimi şirkətləri Azərbaycanla birgə enerji layihələrini müzakirə edirlər.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, ölkələr arasında enerji sektoru geniş məsələləri əhatə edir: “Bizim Azərbaycanla enerji sektorunda çox geniş məsələlərimiz var: müştərək müəssisələrin inkişafı, Rusiya şirkətlərinin – “Lukoyl”, “Tatneft”, “Sibur”, “Novatek”in azərbaycanlı həmkarları ilə birgə həyata keçirilməsi planlaşdırılan yeni layihələrdə iştirakı və sair”.

Novak əlavə edib ki, Rusiya və Azərbaycan təkcə enerji sektorunda deyil, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı sahəsində əməkdaşlığı da müzakirə ediblər: "Prezidentlər bu mövzuya çox ətraflı toxundular, çünki dəmir yollarının imkanlarını genişləndirmək lazımdır".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR