İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI - Moskva və Kiyev RAZILIĞA GƏLDİ

Rusiya və Ukrayna arasında razılaşma əsasında "160-ın 160-a" formatında əsir mübadiləsi həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Tapmaq istəyirəm" layihəsinin nümayəndəsi Aleksandr Sementsovun sözlərinə görə, mübadilə edilən rusiyalıların böyük əksəriyyəti, yəni 93 faizi müqaviləli hərbçilərdir.

Bildirilir ki, azad edilənlərin 77 faizi 40-44 yaş aralığında olan şəxslərdir.

Eyni zamanda, onların 64 faizinin əvvəllər məhkumluğu olub və ya istintaq altında olublar.

Əsirlikdən azad edilənlərin 82 faizi (131 nəfər) isə bir ildən az müddətdə əsirlikdə qalıb.

Xatırladaq ki, tərəflər arasında bundan əvvəlki əsir mübadiləsi iyunun 5-də "185-in 185-ə" formatında baş tutmuşdu.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR