Onlayn ictimai-siyasi qəzet
Pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən “Uzaqlıq” mahnısını fərqli ifa tərzi ilə təqdim edib.
Musavat.com xəbər verir ki, Eldar Mansurovun musiqisi, Vahid Əzizin sözləri əsasında ərsəyə gələn mahnı Röyanın ifasında yeni ovqat qazanıb. Yay enerjisi, parlaq rənglər və dinamik kadrlarla hazırlanan klipdə sənətçi 3 fərqli obrazda təqdim olunur.
Klipin rejissoru Delee Oruclu, montaj və rəng həlli Ravil Askerov, aranjimanı isə Camal Qurbanov tərəfindən həyata keçirilib. Layihənin səsyazma, miks-masterinq və prodakşn işlərini Toufan Records həyata keçirib.
Rəngarəng vizuallığı, fərqli obrazları və Röyanın enerjili ifası ilə “Uzaqlıq” həm nostalji hissi, həm də müasir yay atmosferini bir araya gətirib.
“Uzaqlıq” artıq bütün musiqi platformalarında dinləyicilərin ixtiyarındadır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ