İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsulzadənin Bakıdakı evinə xatirə lövhəsi vurulacaq

Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) banilərindən və siyasi mühacirət liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı evinin divarına xatirə lövhəsi vurulması planlaşdırılır.

Musavat.com-un məlumatına görə, layihəni Rəsulzadə Ev-muzeyi İctimai Qrupunun həmtəsisçisi Vahid Mustafayev hazırlayır.

Tarixçi-alim Solmaz Rüstəmova-Tohidi isə bildirib ki, lövhə hələ layihə mərhələsindədir:
"Rəsmi icazə alındıqdan sonra üzərində işləmək və dəyişikliklər etmək mümkündür. Əsas məqsəd cəmiyyətdən gələn dəstəkdir," – deyə o vurğulayıb.

Xatırladaq ki, bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142 ili tamam olur. Rəsulzadəyə məxsus Bakıdakı mülk – dörd otaqlı mənzil Nizami küçəsi 59 ünvanında, Mərkəzi Univermağın yanında yerləşir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR