İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Nəbiyev ABŞ nümayəndələri ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə qarşı tərəfə Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verilib. Bu istiqamətdə, eləcə də Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. 

Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR