İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror bloqerin 6 il həbsdə yatmasını istəyir

Rusiyada dövlət ittihamçısı azərbaycankl bloqer Hüseyn Həsənovun çirkli pulların yuyulması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini və 155 milyon rubl cərimələnməsini istəyib.

O, beynəlxalq axtarışda olduğu və ölkə xaricində gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir.

İddianaməyə görə, H.Həsənov 2019–2021-ci illərdə 175 milyon rubl məbləğində vergi ödəməyib. Bildirilir ki, həmin vəsaitin bir hissəsi daşınmaz əmlak alınması yolu ilə leqallaşdırılıb.

O sonradan Federal Vergi Xidməti qarşısındakı vergi borcunu tam ödəyib. Bu səbəbdən ona qarşı vergidən yayınma ittihamına xitam verilsə də, çirkli pulların yuyulması ittihamı qüvvədə saxlanılıb.

İstintaq hesab edir ki, bloqer hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

Məhkəmə iclasında ifadə verən ittiham şahidi bildirib ki, Moskva-Siti kompleksində yerləşən mənzilin satışı zamanı saxta alqı-satqı müqaviləsi bağlanıb. Onun sözlərinə görə, müqavilədə mənzilin qiyməti 68 milyon rubl göstərilsə də, bank seyfinə pul əvəzinə kraker qutuları yerləşdirilib.

Hüseyn Həsənov özünə qarşı irəli sürülən ittihamları rədd edir./yenisabah/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR