İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan iqtidarı Aİ ilə bağlı referendum keçirməz, çünki...”

“Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müraciəti məsələsi bir neçə aylıq fasilədən sonra yenidən gündəmə gəlib və bütün bunlar Paşinyanın tam ştatlı “müxalifətçilərinin” sayəsində baş verib”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Arman Babacanyan, Aram Sarkisyan, Tiqran Xzmalyan, Hovsep Xurşudyan və başqaları hakimiyyətdən bu məsələ ilə bağlı referendum keçirməyi tələb edirlər. “Yox” cavabı Ermənistanın xarici siyasətinin əvvəlki rusiyapərəst xəttinin davamı kimi qiymətləndiriləcək.

Ötən həftə hakimiyyət bununla bağlı dinləmələr təşkil edib. Dünən isə Ermənistan parlamentinin spikeri Latviyada İrəvanın Avropa İttifaqı dəyərlərini bölüşdüyünü və Aİ-nin bir hissəsi olmaq istədiyini deyib.

Lakin pərdə arxasında hakimiyyət belə bir referendumun baş tutmayacağına əmindir - bu, sadəcə piar kampaniyasıdır. Hakimiyyət Rusiyanın reaksiyasından qorxaraq “qırmızı xətt”i keçməyə cəsarət etməyəcək”, - deyə qəzet qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR