İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı

Bu gün Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdəki partlayışda xəsarət alanların vəziyyətləri açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Musavat.com-a verilən məlumata görə, partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər KTM-ə hospitalizasiya olunub.

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR