Onlayn ictimai-siyasi qəzet
Antalya Hava Limanında sərnişin baqajına baxış zamanı qeyri-adi qaçaqmalçılıq faktı aşkarlanıb. Parisdən gələn şəxsin çantasından uşaq bezlərinə bükülmüş külli miqdarda bəyan edilməmiş nağd pul tapılıb.
Türkiyə Ticarət Nazirliyinin mətbuat müşaviri Bəkir Kaplanın verdiyi məlumata görə, gömrük yoxlaması zamanı bezlərin içərisindən ümumilikdə 381 min 750 avro çıxıb. Bu məbləğ təxminən 20,4 milyon türk lirəsi dəyərindədir.
Aşkarlanan pullar müsadirə olunub və faktla bağlı Antalya Prokurorluğu tərəfindən qaçaqmalçılıq maddəsi ilə araşdırma başladılıb. Nazirlik rəsmisi qanunsuz ticarət və qaçaqmalçılıq hallarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini, ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasının prioritet olduğunu vurğulayıb.//Demokrat.az
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ