İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Beynəlxalq Hava Yolları özəlləşdirilir: Borclarını ödəyə bilmir...

Pakistanın milli aviadaşıyıcısı olan Pakistan Beynəlxalq Hava Yollarını (PIA) almaq üçün qısa siyahıya altı şirkət daxil edilib.

Musavat.com xəbər verir ki, bu barədə The Express Tribune qəzeti məlumat yayıb.

Nəşr siyahıda düşən şirkətlərin adlarını açıqlamır. Məlumata görə, hərrac avqustun ilk həftəsində başlamalıdır. Satış prosesi ilkin olaraq 3-15 iyun tarixlərinə nəzərdə tutulmuşdu, lakin iddiaçıların sayının az olması və sərfəli kommersiya təkliflərinin olmaması səbəbindən təxirə salınıb.
PİA-nın alınması üçün Pakistanla danışıqlar əvvəllər Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər tərəfindən aparılıb. Almaniya, Qətər, Malayziya, Hollandiya, BƏƏ, Türkiyə və Fransa şirkətləri xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq və onları qlobal standartlara və qaydalara uyğunlaşdırmaq üçün Pakistana hava limanlarının autsorsinqində iştirak etməkdə maraqlıdırlar.

Mart ayında Pakistan daşıyıcısı PIA Holding Company holdinqinə çevrilib, onun fəaliyyəti kommersiya borcunun ödənilməsi, əvvəlki kommersiya kreditlərinin qaytarılması və 650 milyard rupidən (963 milyon dollar) çox olan dövlət kreditləri ilə məhdudlaşır. Şirkətin ümumi borcu 825 milyard rupidir. Daşıyıcının əsas aktivləri, o cümlədən təyyarə və hava limanına xidmət hüququ hərraca çıxarılacaq.

2012-ci ildən bu yana PİA-nın itkiləri 7,1 milyard dollar təşkil edib, artıq hava daşıyıcısını maliyyələşdirmək üçün dövlət vəsaiti yoxdur. Buna görə də 2023-cü ilin oktyabrında hökumət onu özəlləşdirməyə qərar verib.

PİA-nın 34 təyyarədən ibarət donanması var. Bunlardan 15-ni şirkət aylıq ödənişi 2 milyon dollara çatan icarəyə götürüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR