İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan və Qazaxıstan arasında yeraltı tunel aşkarlanıb

 

Özbəkistan və Qazaxıstan arasında dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə keçirildiyi yeraltı tunel aşkarlanıb.

Musavat.com upl.uz-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Tashkent-Aero STK” şirkətinin əməkdaşları ilə birlikdə Qazaxıstanın Türküstan vilayətinin Sarıağaş rayonu ərazisində yeraltı tunel aşkar ediblər. Hindistandan Qazaxıstana gətirilən dərman vasitələri transsərhəd cinayətkar qrupu tərəfindən bu tunel vasitəsilə Özbəkistana keçirilirmiş.

Müəyyən edilib ki, dərmanların növbəti çatdırılması Dehli-Daşkənd-Almatı reysi ilə həyata keçirilib. Daha sonra dərmanlar Sarıağaş rayonunun Dustlik kəndinə aparılıb, oradan uzunluğu 310 metr olan yeraltı tunel vasitəsilə Daşkənd vilayətinin Daşkənd rayonundakı məntəqəyə çatdırılıb.

Əməliyyat tədbirləri zamanı 17 048 ədəd dərman preparatının (albumin, remdesivir, meropenem və s.) qaçaqmalçılığının qarşısını almaq mümkün olub.

Qeyd olunur ki, Qazaxıstan ərazisindən yeraltı tunel 1975-ci il təvəllüdlü Urikzor sakininin bütün lazımi avadanlıqla, o cümlədən işıqlandırma və havalandırma sistemləri ilə təchiz olunmuş evinə aparırdı.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkar qrupun bütün üzvləri barəsində həbs-qətimkan tədbiri seçilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR