İnsanlara hürriyət, millətlərə istiqlal!

Osmanlının 523 yaşlı məscidindən özəl VİDEOLAR, FOTOLAR - Kəbədən gətirilmiş örtük...

Türkiyənin füsunkar təbiətli Bursa şəhərində çoxsaylı tarixi ünvanlar var. Onlardan biri də Ulu məsciddir, qardaş ölkədə Ulu cami adlandırılır. Osmanlının ilk başkəndindəki bu müqəddəs ünvan I Bəyazid tərəfindən 1396-1399-cu illərdə tikilib, əvvəl təkkə olaraq inşa olunub, sonradan məscid kimi istifadə edilib. Çoxsütunlu məscid sxeminin ən klassik və monumental nümunəsi sayılır. Düzbucaqlı planlı məscid təxminən 5 min kvadratmetr ölçüdə olub, 20 qübbə ilə örtülüdür.

Səkkizbucaqlı halqalara oturan günbəzlər mehrab divarına dik 5 cərgə halında düzülüb. Tarix boyunca bir neçə dəfə yandırılıb, dağılıb, amma son nəticədə möhtəşəm qiyafədə möminlərin və ziyarətçilərin, turistlərin istifadəsinə verilib.

Mənbələrə əsasən, bəzi din adamları Ulu məscidi İslamın 5-ci ən yüksək mərtəbəsində olan ibadətgah kimi qəbul etmişdilər. İslamda ən yüksək mərtəbəli məscid Məkkədəki Məscid-i Haram, digərləri Mədinədəki Məscid-i Peyğəmbər, Qüdsdəki Məscid-i Axsa, Şamdakı Emeviye Məsciddir. Beşincilik bəzilərinə görə Anadoluda inşa edilən ilk məscid olan Diyarbəkirdəki Ulu məscidə aiddir. Ancaq Əmir Sultan, Akşemsettin, Molla Gürani kimi din xadimlərinin bildirdiklərinə görə, beşincilik Bursadakı Ulu məscidindir.

Ulu məscid Bursanın ən mühüm tarixi tikililərindəndir. Övliya Çələbinin ifadəsi ilə Bursanın Ayasofyasıdır.

Musavat.com-un əməkdaşı Elşad Paşasoy Bursaya ezam edilərkən türkdilli ölkələrdən dəvət olunmuş jurnalist həmkarları ilə bərabər, Ulu məscidi də ziyarət edib, bu ünvanda özəl olaraq video-foto görüntülər çəkib. Səyahət zamanı bələdçilik edən Türkiyə Turizm Agentliyinin əməkdaşı Berkan Taşan olduqca ilginc məlumatları TV Musavat üçün açıqlayıb. Məscidin tarixindən bəhs edən Berkan bəy burada nəfis şəkildə qorunub-saxlanılan unikal əmanətdən də danışıb - Kəbənin örtüyü olan nadir eksponatdan.

Məscidə namaza gələn Bursa ağsaqqallarından biri də Musavat.com-a danışıb, Azərbaycan sevgisini bölüşüb, salamlarını söyləyib.

Buyurun, izləyin:

Musavat.com,
Bursa-Bakı

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR