İnsanlara hürriyət, millətlərə istiqlal!

Osmanlı imperiyasının ilk paytaxtında, Sultanın hüzurunda - FOTO, VİDEO

Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə qardaş ölkəyə səfər edən Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan media mənsublarının səfəri davam edir.

“Yeni Müsavat”ın əməkdaşı xəbər verir ki, jurnalistlər İstanbulu səyahət etdikdən sonra 80 km məsafədə yerləşən İznik şəhərinə yola düşüblər. Osmanlı imperiyasının yadigarlarından olan, xristian dünyası üçün də cəlbedici sayılan İznik təbii gözəllikləri ilə hər kəsi ofsunlayır. İznikdəki Ayasofya camesi indiyədək öz möhtəşəmliyini qoruyub, saxlayıb. 1331-ci ildə Sultan Orhan Qazi şəhəri fəth edərək, türk millətinə əmanət etmişdir. İznik gölü şəhərə xüsusi gözəllik verir. İki il öncə gölün qurumuş hissəsində tarixi kilsənin qalıqları aşkarlanıb. Həm əcnəbi, həm də yerli turistlər üçün olduqca cəlbedicidir bu ünvan.

Daha sonra media mənsunları Osmanlı imperiyasının ilk başkəndi Bursa şəhərinə səfər ediblər. İstanbulun 130 km-liyində yerləşən Bursa Türkiyənin dördüncü ən böyük şəhəridir. Bursa həm də sənaye şəhəri kimi tanınıb, burada tekstil sənayesi xeyli inkişaf edib.

Bursanın yaxınlığındakı Gemlikdəki fabrikdə bu günlərdə 60 ilin röyası gerçəkləşdirildi, Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın rəhbərliyi ilə. Bursada indi ən çox danışılan mövzu avtomobil istehsalına başlanılmasıdır. 2023-cü ilin sonunadək 25 minədək avtomobil istehsal edilməsi planlaşdırılır. Avtomobillərin 2023-cü ilin əvvəlindən satışa çıxarılacağı gözlənilir. 2030-cu ilə qədər isə 1 milyon ədədə qədər avtomobil istehsal edilməsi planlaşdırılır.

Bursa qala divarlarının yanından adlayıb, Tophane bağçasına qalxan ziyarətçilər burada sehrli aləmə düşüblər. Bu barədə video və fotofaktları təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com
Bursa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

22 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR