İnsanlara hürriyət, millətlərə istiqlal!

Orteqa Maduronun aqibətindən ibrət dərsi götürüb - ABŞ-nin tələbi ilə...

Nikaraqua ABŞ səfirliyinin ultimatumundan sonra siyasi məhbusları azad etməyə başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, insan haqları fəalları təxminən 30 məhbusun azadlığa buraxıldığını təsdiqləyiblər.

9 yanvarda ABŞ-ın Manaquadakı diplomatik nümayəndəliyi prezident Daniel Orteqa hökumətindən siyasi səbəblərdən saxlanılanları dərhal azad etməyi tələb edib. İlk azadlığa buraxılmalar ertəsi gün başlayıb. Rəsmilər özlərini "bir neçə şəxs" termini ilə məhdudlaşdırsalar da, insan haqları təşkilatları ən azı 30 məhbusun azadlığa buraxıldığını bildirirlər.

Azadlığa buraxılanlar arasında keçmiş merlər, dini icmaların nümayəndələri və vətəndaş cəmiyyəti fəalları var. Hakimiyyət orqanları onların azadlığa buraxılmasını hansısa əlamətdar tarixlə əlaqələndiriblər, ancaq müxalifət nümayəndələri hesab edirlər ki, ABŞ-nin təzyiqi həlledici amil olub. Bu, xüsusilə genişmiqyaslı siyasi dəyişikliklərin baş verdiyi Venesuelada olub-bitən son hadisələr fonunda nəzərə çarpır.

Ekspertlər qeyd edirlər ki, 2018-ci il etirazlarından bəri Orteqa rejimi əsasən daxili tənqidlərə cavab vermir və müşahidəçilər dəyişikliklərin yalnız xarici təzyiq altında baş verdiyini deyirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR