İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderlandın yeni baş naziri and içdi - Dərhal Zelenskiyə zəng vurdu

Niderlandın yeni baş naziri Rob Cetten hökumət başçısı kimi Ukrayna paytaxtına mümkün qədər tez səfər etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, o, Krallıq hökumətinin andiçmə mərasimindən dərhal sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı deyib:

"Siz Niderlanda güvənə bilərsiniz və mən mümkün qədər tez Kiyevə səfər etməyi səbirsizliklə gözləyirəm".

Söhbətin video yazısı Baş nazirin Facebook səhifəsində dərc edilib.

Qeyd edək ki, sol-liberal Demokratlar 66 partiyası, sağ-liberal Azadlıq və Demokratiya Xalq Partiyası və Xristian Demokrat Müraciət hərəkatı tərəfindən qurulan yeni Niderland hökuməti 23 fevralda and içib. Mərasim Haaqada Huis ten Boschun kral iqamətgahında Kral Villem-Aleksandrın iştirakı ilə baş tutub.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR