Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə görüş zamanı Vaşinqtonu İrana qarşı mümkün hərbi addımlara razı salmağa cəhd edəcək.
Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Netanyahu İranı regionda İsrailin maraqları üçün əsas təhlükə kimi görməkdə davam edir və ABŞ-dan iki variantdan birinə razılıq almaq niyyətindədir: ya İsrail ordusunun İranın raket obyektlərinə zərbə endirməsinə icazə verilməsi, ya da ABŞ silahlı qüvvələrinin prosesə birbaşa cəlb olunması.
"Washington Post" qeyd edir ki, Netanyahu bu mövqeni İsrailin milli təhlükəsizliyi ilə əsaslandırır və İranın hərbi potensialının artmasını region üçün uzunmüddətli risk kimi qiymətləndirir. Lakin belə bir ssenarinin reallaşması ABŞ-ın Yaxın Şərqdə daha genişmiqyaslı eskalasiyaya cəlb olunması ehtimalını da artırır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ