İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan şok etiraf: “Ağır nəticələr qaçılmazdır”

İsrailin baş naziri Benyamin Netanyahu ölkədə və regionda artan gərginlik fonunda xalqa müraciət edib.

Musavat.com-un məlumatına görə, Netanyahu bildirib ki, ölkə hazırda taleyüklü və son dərəcə mürəkkəb bir mərhələdən keçir. Onun sözlərinə görə, qarşıdakı dövr ciddi sınaqlarla yadda qala bilər və milli birlik həyati əhəmiyyət daşıyır.

“Bizi qarşıda çətin günlər gözləyir. Biz ölkənin taleyi üçün çox mürəkkəb və çətin günlər yaşayırıq. Birlikdə olmalıyıq. Əgər birlikdə olmasaq, ağır nəticələr qaçılmazdır”, – deyə baş nazir vurğulayıb.

Netanyahu çıxışında həmçinin İran rəhbərliyinə açıq mesaj göndərərək “ayətullahların hakimiyyəti devrilməlidir” ifadəsini işlədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2026

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR