Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu Yeni il münasibətilə MDB ölkələrindən olan miqrantlara müraciət edərək, onların dövlətin inkişafına verdikləri töhfəni vurğulayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Netanyahunun təbrik videosunu hökumət başçısının dəftərxanası yayıb.
Baş nazirin sözlərinə görə, keçmiş SSRİ ölkələrindən olan şəxslərin uğurları İsraildə həyatın ən müxtəlif sahələrində nəzərə çarpır:
"Siz İsrailin təhlükəsizliyinə, elmi ictimaiyyətin, sənayenin, yüksək texnologiyalar sektorunun inkişafına və hətta mənim ofisim də daxil olmaqla hər sahədə böyük töhfə verirsiniz".
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ